Interposta.Info

“Bakcell” Türkiyədəki abunəçilərinə dəstək göstərib

Gündəm
 6-02-2023, 12:22     289

“Bakcell” baş vermiş zəlzələ ilə əlaqədar hazırda Türkiyədə olan abunəçilərini pulsuz mobil rabitə xidmətləri ilə təmin edir.

Abunəçilərin ailələri və yaxınları ilə kəsintisiz əlaqəsini təmin etmək məqsədilə “Bakcell” tərəfindən onların nömrələrinin balansına pulsuz dəqiqələr və internet yüklənib.

Müvafiq məlumat abunəçilərə SMS vasitəsilə göndərilib.

Baş vermiş hadisədə həyatını itirənlərə rəhmət, xəsarət alanlara şəfa diləyirik!

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26