Interposta.Info

Müəllimlərdən pul tələb etdiyi iddia olunan direktor işdən ÇIXARILDI - FOTO

Gündəm
 20-09-2022, 11:36     415

Sumqayıt şəhər 32 saylı tam orta məktəbin direktoru işdən çıxarılıb.

Oxu.Az-ın məlumatına görə, direktor Esmira İbrahimova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, ötən gün Sumqayıt şəhər 32 saylı tam orta məktəbin direktorunun müəllimlərdən pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb.

Belə ki, direktor sentyabrın 14-də müəllimlər üçün yaratdığı “WhatsApp” qrupuna səs ataraq, hər müəllimdən 50 manat tələb edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26