Interposta.Info

Jurnalist Aytən Məmmədova hücuma məruz qalıb FOTO YENİLƏNİB

Gündəm
 9-05-2022, 09:29     282

Jurnalist Aytən Məmmədovaya bıçaqla hücum olub.

APA xəbər verir ki, hadisə Binəqədi rayonu, 9 mikrorayonda baş verib. Aytən Məmmədovaya yaşadığı binanın blokunda hücum edilib. Onun arxasınca liftə girən bir nəfər bıçağı boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, yazmamasını tələb edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı məlumat daxil olub və araşdırmalara başlanılıb.

***

Jurnalist Aytən Məmmədovadan izahat alınıb.

APA-nın xəbərinə görə, polis hadisə ilə bağlı jurnalist Aytən Məmmədovadan evində izahat alıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26