Interposta.Info

Bu gün daha 250 nəfər azərbaycanlı Xarkovdan təxliyə olunacaq

Gündəm
 1-03-2022, 10:14     291

“Hazırda Ukraynanın qərbindəyik. İki qatarda 120 nəfər azərbaycanlı var”.

Bunu “Report”a açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli deyib.

Onun sözlərinə görə, qatar təxminən 5-6 saatdan sonra Lvov şəhərinə çatacaq: “Yol boyu problem olmayıb, sakitlik idi. Yarım saatdan sonra Xarkovdan növbəti təxliyə olacaq. Bu dəfə də 250 nəfərə yaxın azərbaycanlı şəhəri tərk edəcək. Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşkilatçılığı ilə baş tutur. Danışmışıq hazırda Xarkovda sakitlikdi. Ümumilikdə son 3 gündə 400 nəfərə yaxın azərbaycanlı təxliyə olunub. Amma hələ də təxliyə olunmağı gözləyən kifayət qədər həmvətənimiz var”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26