Interposta.Info

Bu gün AMEA-ya yeni prezident seçiləcək

 

Gündəm
 19-02-2022, 10:11     318

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçiriləcək. Yığıncaqda Akademiyaya yeni prezident seçiləcək şəxslərin namizədliyi irəli sürüləcək.

"İnterPosta" xəbər verir ki, iclasın bu gün saat 12:00-da başlayacağı ehtimal edilir.

Namizədlər arasında AMEA prezidenti postuna Akademiyanın birinci vitse-prezidenti Arif Həşimovun da namizədliyi verilib.

Qeyd edək ki, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. Ramiz Mehdiyev istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26