Interposta.Info

Eldar Əzizov uşaq evlərini bu şöbəyə tapşırdı: Eldar Yunusov rəsmən işsiz qaldı

 

Gündəm
 24-01-2022, 12:14     595

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin strukturu ləğv edilib. İdarənin balansında olan bütün bağçalar Təhsil Nazirliyinə təhvil verilib.

"İnterPosta" xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müvafiq əmri ilə İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsi iki qurumla əvəzlənib. Ayrıca Dini qurumlarla iş şöbəsi yaradılıb.

İdarənin balansında olan 3 uşaq evi İctimai-siyasi, humanitar məsələlər şöbəsinə həvalə edilib. Şöbənin müdiri Elmin İmanovdur.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəisi Eldar Yunusov rəsmən vəzifəsiz qalıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26