Interposta.Info

Ordumuzun sərrast zərbəsi: Düşmənin məhv edilən D-30 divizionu (VİDEO)
 

Gündəm
 4-12-2021, 14:47     337

44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun bölmələrinin peşəkarlığını ortaya qoydu. Azərbaycan ordusu qarşısına qoyduğu bütün tapşırıqları vaxtında və böyük dəqiqliklə icra edib. Hətta bəzən erməni tərəfinə düşünmək üçün belə vaxt qalmayıb.

Məsələn, Rusiya mətbuatında Qarabağda - Qırmızı Bazar istiqamətində 2020-ci ilin 16 oktyabrında çəkilmiş görüntülər yayımlanıb.

Görüntülərdə Qırmızı Bazar istiqamətində məhv edilmiş erməni artilleriyası əks olunub. Sözügedən texnikanın Xocavənd istiqamətinə hərəkət etdiyi ehtimal olunur. Lakin bölmələrimizin sərrast atəşi nəticəsində erməni qoşunlarının D-30 toplarından ibarət artilleriya divizionu demək olar ki, tam şəkildə məhv edilib. Videoda həmçinin ordumuzun "Bayraktar” yoxsa artilleriya zərbəsi endirdiyini bilməyən müxbir sadəcə bir şeyi konkret ifadə edir: "Zərbə çox dəqiq endirilib”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26