Interposta.Info

Rusiyada erməni gənc azərbaycanlıları təhqir etdiyinə görə ÜZR İSTƏDİ - VİDEO

Gündəm
 18-11-2021, 20:18     122

Rusiyanın Yekaterinburq şəhərində İşxan adlı erməni gənc azərbaycanlılardan üzr istəyib.

Konkret.az xəbər verir ki, noyabrın 16-da sərhəddə baş verən münaqişə zamanı ermənilərin “internet qəhrəmanları”ndan İşxan adlı gənc TikTok-da canlı yayımda Azərbaycanın və Azərbaycan xalqının ünvanına ifrat dərəcədə iyrənc, təhqiramiz ifadələr, söyüşlər işlədib. Buna dözməyən Yekaterinburqda yaşayan azərbaycanlılar həmin gün onu taparaq, üzr istəməyə məcbur ediblər.

Artıq noyabrın 17-də Rusiyanın sosial şəbəkələrində erməninin üzr videosu yayılıb və hətta ruslar azərbaycanlılara haqq qazandırıb.

Qeyd edək ki, erməni gəncin canlı yayımdakı çıxışını etikadan kənar olduğu üçün təqdim etmirik.

Erməni gəncin üzr videosunu təqdim edirik:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26