Interposta.Info

Veteran adı və təqaüdlər kimlərə veriləcək? - AÇIQLAMA - VİDEO
 

Gündəm
 3-11-2021, 10:47     594

"Veteran adı ancaq ön cəbhədə döyüşən əsgər və zabitlərimizə şamil edilməyəcək. Ölkə başçısı da dəfələrlə deyib ki, Vətən müharibəsində zərrə qədər xidməti olanların hamısı dövlətin xüsusi diqqətinə layiq görüləcək".

Bu sözləri "ARB24"də yayımlanan "Nə baş verir?" verlişində qonaq olan Milli Məclisin üzvü Məlahət İbrahimqızı bildirib:

"Bəzən tənqidlər olur ki, adların verilməsi niyə gecikir? Burada böyük sayda rəqəmlərdən söhbət gedir. 100 minlik, onun təxminən 3 min qazi və 3 min şəhidi götürəndə görün nə qədər böyük rəqəmlər ortaya çıxır. Onların hər biri fərdi qaydada dəyərləndirilməlidir.

Bilirsiniz ki, Birinci Qarabağ müharibəsinin veteranlarının müəyyən imtiyazları var və dövlətimiz onlara təqaüdlər verir. Veteranların hər birinə ayrı-ayrı yanaşılaraq ən ədalətli və humanist qərar çıxarılacaq".

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar fərman verilib ki, "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26