Interposta.Info

Ermənilərin basdırdıqları minaya öz vətəndaşları düşdü

Gündəm
 9-10-2021, 22:39     504


Ermənistanın Azərbaycanla sərhəddəki Tavuş əyalətində mina partlayıb.

Partlayış nəticəsində Berd rayonunun Çinari kənd sakini, 30 yaşlı Nver Makaryan xəsarət alıb.

Ona ilkin yardım göstərilib və yaralı hərbi hospitala yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan ərazilərinə, habelə respublikamızın Ermənistanla sərhəddəki rayonlarına minalar ermənilər tərəfindən basdırılıb. Azərbaycan tərəfinin dəfələrlə tələb etməsinə baxmayaraq, Ermənistan hələ də mina xəritələrini təhvil verməkdən imtina edir./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26