Interposta.Info

Kəramət Böyükçöl Narkoloji Dispanserə yerləşdirildi

Gündəm
 7-10-2021, 17:53     410

Tanınmış yazar Kəramət Böyükçöl Bakı Şəhər Narkoloji Dispanserinə yerləşdirilib.

"İnterPosta" xəbər verir ki, bu barədə "Qafqazinfo”ya atası, şair Qəşəm Nəcəfzadə məlumat verib.

O bildirib ki, Kəramət Böyükçöl spirtli içkiyə qurşandığına görə dispanserə aparılıb:

"Kəraməti bu gün dispanserə yerləşdiriblər. Hələ danışa bilməmişəm, səhhəti ilə bağlı məlumatım yoxdur. Çünki orada heç bir əlaqə nömrəsi yoxdur. Sabah baş çəkməyə gedəcəyəm”.

Qeyd edək ki, dünən K. Böyükçöl daha əvvəl də olduğu kimi sərxoş vəziyyətdə sosial şəbəkədə canlı yayım açaraq qeyri-etik ifadələr işlədib. O, ötən ilin yayında da alkoqolizmdən müalicə məqsədilə dispanserə yatırılmışdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26