Interposta.Info

Son sutkada yoluxanların sayı açıqlandı

Gündəm
 2-10-2021, 18:20     379


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 684 yeni yoluxma faktı qeydə alınıb, 2 060 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPost"ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 485 275 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 462 798 nəfər müalicə olunaraq sağalıb, 6 559 nəfər vəfat edib, aktiv xəstə sayı 15 918 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9832, ötən müddət ərzində isə ümumilikdə 4878405 test aparılıb.

Qeyd edək ki, ötən gün 9 558 test aparılmış, nəticədə 689 yeni yoluxma faktı qeydə alınmışdı. Sağalanların sayı 1 816, ölüm faktı 185 nəfər olmuşdu.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26