Interposta.Info

Qarabağ müharibəsini işıqlandıran məşhur rusiyalı jurnalist hücuma məruz qalıb - VİDEO

Gündəm
 12-08-2021, 16:38     627

Tanınmış rusiyalı jurnalist və publisist Aleksandr Nevzorov Sankt-Peterburq şəhərində hücuma məruz qalıb.

Hücumu həyata keçirən şəxs silahsız olub.

“360” telekanalına açıqlama verən A.Nevzorov ona hücum edən şəxsə qarşı şikayətinin olmadığını, onun əleyhinə ifadə yazmağa hazırlaşmadığını bildirib.

Jurnalist qeyd edib ki, hadisə onun kitab təqdimatında baş verib.

Hücum edən şəxs hamı kimi kitaba imza atdırmaq üçün sırada dayanıb. Növbə ona çatanda isə kitaba imza çəkdirib və ardından Nevzorovun yanağına zərbə endirib.

O, Nevzorovdan pravoslav inancına qarşı tənqidi çıxışlarını dayandırmağı tələb edib.

Məlumat üçün qeyd edək ki, Rusiyanın məşhur jurnalistlərindən biri olan Aleksandr Nevzorov 1992-1993-cü ildə Qarabağ müharibəsini işıqlandırmaq məqsədi ilə cəbhə xəttində olub, hərbi əməliyyatların gedişini işıqlandırıb.

İnerPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26