Interposta.Info

Rövşən Əkbərovu neçə il həbs gözləyir?

Gündəm
 5-07-2021, 21:01     435


Rövşən Əkbərova qarşı irəli sürülən ittiham təsdiqini taparsa, yəni xuliqanlıq məqsədilə qəsdən adam öldürmə halı təsdiq olunarsa, ona 14 ilə yaxın həbs cəzası düşür.

"İnterPosta" xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında hüquq müdafiəçisi Səməd Vəkilov deyib.

S.Vəkilov bildirib ki, Rövşən Əkbərovun işini yüngülləşdirən hallar da var:

"O, Qarabağ müharibəsinin iştirakçısı və Milli Qəhrəmandır. Bu amillər onun cəzasını yüngülləşdirəcək hal kimi nəzərə alınacaq. Ola bilər ki, cəza növü seçilərkən qeyd etdiyim məqamlar nəzərə alınsın, lakin Rövşən Əkbərov hərbi rütbədən, hərbi addan məhrum edilə bilər. Məhkəmənin belə bir səlahiyyəti var”.

Qeyd edək ki, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Bakı Hərbi Məhkəməsində məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçiriləcək prosesin hazırlıq iclası iyulun 16-a təyin edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26