Interposta.Info

Baş nazirdən Tehran Mənsimova bahalı hədiyyə - FOTO

Gündəm
 26-06-2021, 11:28     676

Baş nazir Əli Əsədov Şuşanın azadlığı uğrunda aparılmış döyüşlərin fəal iştirakçısı Tehran Mənsimova lüks avtomobil hədiyyə edib.

Manset.az-ın əldə etdiyi məlumata görə, Ə.Əsədov T.Mənsimova son model "Lexsus” markalı bahalı maşın bağışlayıb. Baş nazir bu addımı T.Mənsimovun İkinci Qarabağ döyüşlərində göstərdiyi şücaətinə görə atıb.

Qeyd edək ki, polkovnik T.Mənsimov Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi vəzifəsindən azad olunaraq, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində fəaliyyətə başlayıb.

O, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2005-ci ildə "İgidliyə görə", 2017-ci ildə "Vətən uğrunda", Vətən müharibəsindən sonra isə 2021-ci ildə "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Həmçinin Vətən müharibəsindəki qəhrəmanlığına görə ona ölkə başçısının sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni verilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26