Interposta.Info

Yerevanın mərkəzində Polad Həşimovla Elşad Məmmədovun adına küçə - FOTO

Gündəm
 10-04-2021, 20:26     428

Google Maps xəritələrində Yerevanın mərkəzi küçələrinə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovla Elşad Məmmədovun adları verilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Çiçəklənən Ermənistan” parlament fraksiyasından olan deputat Naira Zoqrabyan "Facebook" səhifəsində yazıb.

"Faktiki olaraq, mən hazırda Polad Həşimov küçəsində yaşayıram. Siz hələ də türklərlə sülhü təbliğ edin", - deyə Zoqrabyan qeyd edib.

Qeyd edək ki, Polad Həşimovla Elşad Məmmədov 2020-ci ilin iyulunda Tovuz döyüşlərində şəhid olublar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26