Interposta.Info

Azərbaycan Ermənistana 1400 meyit təhvil verib

Gündəm
 31-03-2021, 13:46     561

“Azərbaycan Ermənistana 1 400, Ermənistan isə Azərbaycana 100-dən çox meyit təhvil verib”.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev söyləyib.

“Həmçinin Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfdən 4 000-ə yaxın şəxs itkin düşüb. Ermənistandan qəbirlərin və kütləvi şəkildə dəfn ərazilərinin açılmasını tələb etmək lazımdır. 10 noyabr bəyanatının 8-ci bəndində tarix intervalı göstərilmir, ona görə də söhbət müharibə zamanı ölən bütün şəxslərin qalıqlarından gedir”, - o deyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26