Interposta.Info

Eldar Əzizovun bu hərəkəti tənqidə səbəb OLDU - FOTOLAR

Gündəm
 24-02-2021, 22:18     457

Bildiyimiz kimi, bu gün hava şəraitinin qarlı olması səbəbilə Bakıda gündəlik həyat tərzinin fəaliyyəti dayanıb.

"İnterPosta" Unikal.org-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə buz bağlamış yolların təmizlənməsində 60-65 yaşında qadınların işləməsini əks etdirən görüntülər narazılığa səbəb olub.

Sosial şəbəkə izləyiciləri Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun bu məsələyə biganə qalmasına münasibət bildiriblər. Onlar, Eldar Əzizovun 60-65 yaşında qadınları qarlı gündə işlətməkdənsə, büdcədən ayrılan pullara texnikalar almasını təklif ediblər.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26