Interposta.Info

Azərbaycanda son sutkada koronavirusa yoluxma açıqlandı

Gündəm
 27-01-2021, 22:21     522

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 226 yeni yoluxma faktı qeydə alınıb, 601 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ''İnterPosta''-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 229 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 221 717 nəfər müalicə olunaraq sağalıb, 3 105 nəfər vəfat edib, aktiv xəstə sayı 4 762 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 458, ötən müddət ərzində isə ümumilikdə 2 380 074 test aparılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26