Interposta.Info

Ermənilər Qarabağda 7 min fərdi ev TİKƏCƏK

Gündəm
 25-01-2021, 13:49     487

Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində yeni tikinti planı qəbul olunub.

Xocalı rayonu ərazisində 1995-ci ildə salınmış Ovsepavan kəndində pilot layihənin icraslına başlanılıb.

Belə ki, kənddə 5 sadə konstuksiyalı və tez başa gələn fərdi ev tikiləcək. Həmin evlər ağac materiallarından olacaq.

“Qarabağ mühitinə uyğunlaşdırılmış fin layihəli evlər 80 kvadrat metr sahəni əhatə edəcək, 2 yataq otağı, qonaq otağı, mətbəx və hamamdan ibarət olacaq. Bundan başqa, həyətyanı sahə min kvadrat metr olacaq”- deyə açıqlamada bildirilir.

Yaxın 3 ildə 7 min fərdi evin inşası planlaşdırılır./modern.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26