Interposta.Info

Bir qrup hərbçi “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi

Gündəm
 25-12-2020, 08:17     641

Dekabrın 24-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"İnterPosta" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 12 min 523 hərbi qulluqçu "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Bu medala layiq görülən hərbi qulluqçuların 4-ü general-leytenant, 8-i general-mayor, 47-si polkovnikdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26