Interposta.Info

Diplomatik korpusun nümayəndələri Tərtərdədir (FOTO/YENİLƏNİB)

Gündəm
 28-11-2020, 12:10     674

Diplomatik korpusun nümayəndələrini, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Tərtərdə səfərdədir.

"İnterPosta" xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov diplomatik korpusun nümayəndələrini məlumatlandırıb. O bildirib ki, ermənilər Tərtər rayonuna 16 mindən çox top və raket mərmisi atıb.

İcra başçısı qeyd edib ki, top və raket mərmiləri 4 000-dən çox evə düşüb, evlərin əksəriyyəti tamamilə dağılıb.

10:16

Prezident İlham Əliyevin tapşırığı ilə diplomatik korpusların nümayəndələrinin Tərtərə səfəri təşkil edilir.

Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter” hesabında paylaşım edib.

Paylaşımda bildirilib ki, ölkə başçısının tapşırığına əsasən, diplomatik korpuslar, beynəlxalq təşkilat rəhbərlərinin Tərtərə və işğaldan azad olunan Ağdama səfəri təşkil olunur: "Onlara Ermənistanın hücumlarından sonrakı Tərtəri görəcəklər. Ağdam dağıdılaraq "ruhlar şəhəri”nə çevrilib. Sürgündə olan "Qarabağ” futbol klubu da yanımızdadır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26