Interposta.Info

Hərbi ekspert: “Faşist bir ölkəyə bu cür silahlar vermək böyük cinayətdir”

Gündəm
 17-10-2020, 12:20     830

"Ermənistana raket komplekslərinin verilməsi cinayətkarlara dəstək göstərməkdir".

BunuQaynarinfo-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli Ermənistan silahlı qüvvələrinin Gənc şəhərində törətdiyi ikinci terror hadisəsindən danışarkən deyib. O bildirib ki, Ermənistan ordusunun Gəncə istiqamətində həyata keçirdiyi addımın terrordan başqa adı yoxdur:

"Bu, birmənalı olaraq mülki insanlara qarşı terror hadisəsidir. Bunun cavabını isə Ali Baş Komandanın dediyi kimi, Azərbaycan Ordusu cəbhədə, döyüş bölgəsində verib. Amma həmin raket komplekslərinin Ermənistana verən, onlara hədiyyə edən dövlətlər də bu məslədə günahkardırlar".

Ramin Məmmədlinin fikrincə, cinayətkar, faşist təfəkkürlü bir ölkəyə bu cür silahları verməyin özü ən böyük tərbiyəsizlik və canilikdir: "Bunun başqa adı yoxdur".

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri Gəncə şəhərini raket atəşinə tutub. Nəticədə 13 nəfər ölüb, 50-dən artıq mülki şəxs yaralanıb. Bundan əlavə düşmənin raket hücumu nəticəsində çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26