Interposta.Info

250 erməni əsgəri təslim oldu - VİDEO

Gündəm
 6-10-2020, 18:58     767

Sentyabrın 27-dən Qarabağda başlayan yeni esakalasiya Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları ilə davam edir.

10 gündür davam edən döyüşlərdə Azərbaycan silahlı qüvvələri xeyli ərazini işğaldan azad edib, düşmənin çoxlu sayda canlı qüvvəsi və zirehli texnikasını məhv edib. Cəbhədən gələn xəbərlər deməyə əsas verir ki, Azərbaycan Ordusu cəbhə bölgəsində inamla irəliləməkdə davam edir.

Artıq Ermənistan tərəfi də itkilərini etiraf etmək məcburiyyətində qalıb.

Bu arada Türkiyənin A Haber telekanalı xəbər verib ki, sentyabrın 27-dən bu yana Ermənistan silahlı qüvvələrinin əsgərləri Azərbaycan Ordusuna təslim olmağa başlayıb. “Bu bölgədə ermənilərin itkiləri hər keçən dəqiqə, hər keçən saniyə artır. Şanlı Azərbaycan Ordusu bölgədə irəliləyir. Bu günə qədər 250 erməni əsgəri əsir alınıb”, - deyə telekanalın əməkdaşı hazırladığı reportajda bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26