Interposta.Info

Bacısı oğlu: "Qurban Məmmədov sərbəst buraxılıb" (YENİLƏNİB

Gündəm
 17-09-2020, 13:29     762

Türkiyədə saxlanıldığı bildirilən hüquqşünas Qurban Məmmədovun sərbəst buraxıldığı qeyd olunur.

Q. Məmmədovun bacısı oğlu Vüqar Məmmədovun APA-ya verdiyi məlumata görə, dayısı sərbəst buraxılıb.

"Hazırda o, İngiltərəyə gedir. Axşam saatlarında Londonda olacaq”, - deyə V. Məmmədov vurğulayıb.

Qeyd edək ki, Qurban Məmmədovun oğlu Qoşqar Məmmədov atasının Türkiyədə saxlandığı ilə bağlı "Facebook”da məlumat yaymışdı. Lakin daha sonra o statusunu silib.

12.41

"Qurban bəy artıq İngiltərədədir! Sağ və salmatdır!”.

"İnterPosta" "Yeni Sabah"a istinadən xəbər verir ki, bunu Q. Məmmədovun oğlu Qoşqar Məmmədov yayıb. O, bildirib ki, indi yolda olan atası axşam özü canlı efirdə olmalıdır.

"Əlavə narahatlığa ehtiyac yoxdur, Türkiyəylə bağlı heç bir problem yoxdur! Qardaş ölkə hər zaman bizim üçün ana vətəndir!”.

Qeyd edək ki, Məmmədovun həbs olunması xəbərini də elə oğlu yaymışdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26