Interposta.Info

İranda koronavirus: PA-dan ilk reaksiya

Gündəm
 24-02-2020, 11:45     401

Koronavirus məsələsi beynəlxalq gündəlikdə olan məsələdir.

"İnterPosta" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında koroanvirus təhlükəsi ilə bağlı Azərbaycanın İranla sərhədləri bağlaması ehtimalına münasibət bildirən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycan bununla əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini ciddi şəkildə araşdırır, öyrənir, lazımi tədbirlər görülür.

“Nazirlər Kabineti koronavirusla bağlı ilkin mərhələdə müzakirələr aparıb, tədbirlər planı hazırlanıb. Ölkəmiz tərəfindən də bu istiqamətdə lazımi tədbirlər görülməkdədir. Azərbaycan vətəndaşlarının səfərlərinin məhdudlaşdırılması ilə bağlı da Xarici İşlər Nazirliyi tərəfindən müraciətlər olub”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26