Interposta.Info

Parlament seçkiləri nə vaxt keçiriləcək?

Gündəm
 4-12-2019, 09:12     427

Prezident parlamentin buraxılması ilə bağlı sərəncam imzaladıqdan sonra növbədənkənar parlament seçkilərinin minimum hansı müddətə keçirilməsi ilə bağlı qanunvericilikdə heç bir müddəa yoxdur.

"İnterPosta.info"nun məlumatına görə, bu sözləri axar.az-a beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Prezident İlham Əliyevin Milli Məclisin buraxılması ilə bağlı sərəncam imzalamasından sonra növbədənkənar parlament seçkilərinin keçiriləcəyi tarixlə bağlı danışarkən deyib.

F.Mehdiyev bildirib ki, Seçki Məcəlləsinin 145-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Konstitusiyanın 84-cü maddəsinin II hissəsinə, 98-1-ci maddəsinin II hissəsinin ikinci cümləsinə və 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq yeni çağırışın deputat seçkiləri gününü Azərbaycan Respublikasının Prezidenti təyin edir:

“Qanunda bununla bağlı konkret vaxt göstərilmədiyi üçün Prezident parlamentin buraxılması ilə bağlı sərəncam imzaladıqdan sonra seçkilərin vaxtını da özü müəyyən edəcək”.

Qeyd edək ki, Milli Məclis buraxılması barədə qərarın təsdiqi üçün Prezidentə göndərib. Prezident isə bu qərarın Konstitusiyaya uyğun olub-olmadığını müəyyənləşdirməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Konstitusiya Məhkəməsi müraciətə baxılması üçün 4 dekabr saat 12:00-a proses təyin edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26