Interposta.Info

Qarabağ qazisindən sərt açıqlama: "Ya azərbaycanlı olun, ya da şəhid qanı axmış bu torpaqlardan rədd olun"

Gündəm
 15-12-2018, 19:27     10 590

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu qəddarlıqda günahlandıran, özünü sosial şəbəkələrdə psixoloq kimi təqdim edən Nərmin Şahmarzadəyə qarşı ictimaiyyətin qəzəbi artmaqda davam edir.

Cəmiyyətin müxtəlif nümayəndələri Bakı Dövlət Universitetinin tələbəsinin bu sözlərinə kəskin reaksiya verməkdədirlər.

Qarabağ qazisindən sərt açıqlama: "Ya azərbaycanlı olun, ya da şəhid qanı axmış bu torpaqlardan rədd olun"

Nərmin Şahmarzadənin torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərmiş şəxsə yönalmiş bu cür xoşolmayan sözlərinə qarabağ qazisi, kəşfiyyatçı baş leytenant Kamil Musəvi sərt açıqlama verib. Sosial şəbəkələrdə bir xanımın, əgər ona xanım desək əsl Azərbaycanlı xanımları təhqir eləmiş olarıq, Milli Qəhrəman Mübariz İbrahimov haqqında mənfi fikirlərinin şahidi oldum.
O düşüncədə olan bütün insanlaradır sözüm: "Sizlərin nəinki Mübariz İbrahimov haqqında, heç bir azərbaycan şəhidi haqqında, heç bir azərbaycan qazisi haqqında, bu vətən üçün həqiqi xidmət edən azərbaycan vətəndaşlarının barəsində danışmağa haqqınız yoxdur. Ya azərbaycanlı olun, ya da şəhid qanı axmış bu torpaqlardan rədd olun".

Xatırladaq ki, Nərmin Şahmarzadə Mübariz İbrahimovu erməni əsgərlərini öldürməkdə, qəddarlıqda günahlandırıb: Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi. Bəlkə də yatarkən ailəsinə qovuşması üçün bir günün daha bitdiyini təsəvvür eləmişdi. Amma kimsə onu etmədiyi bir şeyə görə günahlandırıb öldürür. Həmçinin Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman. Çünki əmr almadan sərhədi keçmişdi. Əslində, qəhrəman dediyimiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır"./qlobal.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26