Interposta.Info

Azərbaycanda 100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırıldı

Gündəm
 24-09-2018, 23:44     10 399

Azərbaycanda yüzdən çox hakim nöqsan və pozuntulara görə məhkəmə sistemindən kənarlaşdırılıb

Bu barədə ədliyyə naziri Fikrət Məmmədov Ağstafa rayonuna səfəri çərçivəsində Gəncə Apellyasiya Məhkəməsinin və onun yurisdiksiyasına daxil olan bölgənin birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin, habelə Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin iştirakı ilə keçirdiyi geniş zona müşavirəsində bildirib.

Nazir deyib ki, Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq, məhkəmə qərarlarının ədalətliliyi, məhkəmələrdə şəffaflığın artırılması, korrupsiyanın yolverilməzliyi və vətəndaş-məmur münasibətlərinin sağlam meyarlar üzərində qurulması daim diqqət mərkəzində saxlanılır: "Məhkəmə-Hüquq Şurasının qərarları ilə 100-dən çox hakim vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırılıb, o cümlədən korrupsiya hüquqpozmalarına görə 35 hakim ciddi intizam məsuliyyətinə cəlb edilib".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26