Interposta.Info

Zərrabın Azərbaycanda bank rəhbəri olan qohumunun dəbdəbəli toyu (FOTO/VİDEO)

Gündəm
 21-09-2018, 19:14     10 940

Azərbaycanda "Baku Electronics” ve "Bank of Baku”nun əsl rəhbəri 1998-ci il təvəllüdlü, NAB İdarə Heyətinin üzvü Amir Mohaglegh Eromi özünə dəbdəbəli toy edib.

"XeberBiz" unikal.org-a istinadən xəbər verir ki, Amir Mohaglegh Eromi ABŞ-da həbs edilən məşhur qızıl taciri, müğənni Ebru Gündəşin əri Rza Zərrabın bacısının əri Şəhram Orominin qardaşı oğludur. Ş.Orominin qardaşı Behram Eromi NAB Holding İdarə heyətinin rəhbəri vəzifəsini daşıyır.

Behram Eromi oğluna Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yaxınlığı ilə tanınan iş adamı, BAGFAŞ Holding şirkətlər qrupunun rəhbəri Yahya Kemal Gençerin qızı Çiçek Meliha Gençerlə evləndirib.

Zərrabın Azərbaycanda bank rəhbəri olan qohumunun dəbdəbəli toyu (FOTO/VİDEO)

Çiçek Gençer 26 yaşındadır. O, da BAGFAŞ Holding şirkətlər qrupuna daxil olan "Melia Patisserie” şirniyyat mağazalar şəbəkəsinin rəhbəridir. Toyda Rza Zərrabın həyat yoldaşı, müğənni Ebru Gündəşdə iştirak edib.

Zərrabın Azərbaycanda bank rəhbəri olan qohumunun dəbdəbəli toyu (FOTO/VİDEO)

Qeyd edək ki, Rza Zərraba məxsus olan «NAB Holding»ə Azərbaycanda "Auto Azerbaijan” avtomobil şirkəti, "Baku Electronics”, "Qafqaz Lizinq” ASC, "Bank of Baku” və digər şirkətlər daxildir.

interposta.info həmin toyan görüntüləri sizlərə təqdim edir:


Zərrabın Azərbaycanda bank rəhbəri olan qohumunun dəbdəbəli toyu (FOTO/VİDEO)
Zərrabın Azərbaycanda bank rəhbəri olan qohumunun dəbdəbəli toyu (FOTO/VİDEO)
Zərrabın Azərbaycanda bank rəhbəri olan qohumunun dəbdəbəli toyu (FOTO/VİDEO)
Zərrabın Azərbaycanda bank rəhbəri olan qohumunun dəbdəbəli toyu (FOTO/VİDEO)
Zərrabın Azərbaycanda bank rəhbəri olan qohumunun dəbdəbəli toyu (FOTO/VİDEO)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26