Interposta.Info

Azyaşlı övladını döyən "qəhrəman ata" həbs olundu

Gündəm
 26-08-2018, 20:27     10 467

Azyaşlı uşağı vəhşicəsinə döyən azərbaycanlı barədə sosial şəbəkələrdə paylaşılan videonun "qəhrəmanı” həbs olunub.

"XeberBiz" ölkə.az-a istinadən xəbər verir ki, hadisənin İran Azərbaycanın Mərənd şəhərində baş verdiyi və uşağı doğma atasının döydüyü aydın olub.

Sosial şəbəkələrdə yayılan videoda ata qızını döyə-döyə Azərbaycan türkcəsində "neyləyim?” sualını dəfələrlə təkrarlayır.

Məlumata görə, narkotik asılılığı olan adam öz qızını döyərək videoya çəkib və bu çəklişi ondan bir ildən artıqdır ki, boşanan keçmiş həyat yoldaşına göndərib.

Nazənin Zəhra adlı azyaşlı qızın anası İran KİV-inə verdiyi açıqlamada bildirib ki, videoya baxdıqdan sonra dərman ataraq intihar etmək istəyib, lakin onu həkimlər vaxtında xilas edə biliblər:

"Həyat yoldaşım ailəsinə bağlı olmadığı üçün bir il 5 ay bundan qabaq ayrıldıq. Lakin o hələ də bizi təhdid edir və müxtəlif problemlər yaradır. Mən evdə olmadığım zaman evə gələrək anamı aldadıb və uşağı özü ilə aparıb”.

Farsca və türkcə dialoqların yer aldığı videolardan belə görünür ki, narkoman ata qızını oğurlayıb.
"Bir də gördüm uşağı qapıb apardı”,- deyə Nazənin Zəhranın nənəsi Azərbaycan türkcəsində bildirib.

Narkoman ata uşağı anasından oğurladıqdan sonra onu dəhşətli işgəncələrə məruz qoyaraq videosunu anasına göndərib.

Video yayıldıqdan sonra məhkəmə orqanları narkoman atanın yaxalanması ilə bağlı qərar qəbul edib. Onun avqustun 16-da İran təhlükəsizlik qüvvələri tərəfindən saxlandığı bildirilir.

Artıq Nazənin Zəhra adlı azyaşlının anasına qovuşduğu da qeyd olunur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26