Interposta.Info

Azərbaycanlı milyarder düşüşdə: "Lukoil"in gəlirləri azaldı

Gündəm
 27-07-2018, 12:21     10 440

Azərbaycanlı milyarder Vahid Ələkbərovun "Lukoil" şirkətinin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin birinci yarımilində 25 faiz, yəni 86,5 milyard rubl (təxminən 1,4 milyard dollar) azalıb.

Qaynarinfo xəbər verir ki, bu barədə şirkətin hesabatında qeyd olunub. Verilən açıqlamada həmçinin şirkətin gəlirinin 2017-ci illə müqayisədə 7 faiz, təxminən 96,4 milyard rubl (təxminən 1,5 milyard dollar) azaldığı da bildirilib.

Qeyd edək ki, Rusiyanın ikinci ən böyük neft və qaz şirkəti olan "Lukoil" qlobal neft hasilatının 2 faizini həyata keçirir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26