Interposta.Info

O da erməni ifaçının gəlişini boykot etdi: “Şəhid qızı olaraq...”

Gündəm
 23-07-2018, 20:16     10 537

Müğənnilikdən uzaqlaşan Mehin Hümbətova erməni əsilli müğənni Zara Mqoyanın bu ay baş tutacaq "Jara" festivalına qatılmasına etiraz edənlər sırasına qoşulub

Musavat.com xəbər verir ki, o, Zaranın konsert proqramı ilə Azərbaycanda çıxış etməsini boykot edib: "Erməni dığasından törəmə Zara Mqoyan 29 iyul bizi " feyziyab " etmək üçün vətənimizə “Jara” musiqi festivalına gələcək. Mən şəhid övladı olaraq hamınızdan bu məsələni boykot etməyinizi xahiş edirəm. Bu cür möhtərəm, ölkənin əsas musiqi festivalına erməni soyadı daşıyan ifaçı çıxarsalar, səhnəyə biz çox alçaq və cılız millət olmuş olarıq. Bəlkə də məni bu addımımdan sonda işdən çıxaracaqlar (çünki Mədəniyyət Nazirliyinə tabe olan işçiyəm), amma olsun. Bu məsələyə göz yumanlar utansın!!! Dostluğumda da nazirliyin nümayəndələri və bu məsələni yoluna qoya biləcək insanlar var. Biganə qalmayın, dostlar".

Qeyd edək ki, keçmiş müğənninin atası Məhəddin Hümbətov 1992-ci ildə Ağdərədə şəhid olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26