Interposta.Info

Samir Şərifov iclası yarımçıq tərk etdi: deputatların suallarına cavab vermədi

Gündəm
 31-05-2018, 16:49     10 566

Maliyyə naziri Samir Şərifov Milli Məclisin iclasını yarımçıq tərk edib.

"XeberBiz" oxu.az-a istinadən xəbər verir ki, bu gün parlamentdə "2017-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deputatların qaldırdığı suallara nazir Samir Şərifovun cavab verəcəyi gözlənilirdi.

Lakin nazir müzakirələrin bitməsini gözləmədən iclası yarımçıq tərk edib. Onun yerinə isə deputatların suallarına nazir müavini Azər Bayramov cavab verib.

Qeyd edək ki, S. Şərifovun iclası hansı səbəbdən tərk etməsi ilə bağlı məsələyə aydınlıq gətirilməyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26