Interposta.Info

İşdən çıxarılan general danışdı:

Gündəm
 15-05-2018, 14:24     10 348

Bəzi mətbu orqanlarda işdən çıxarılan keçmiş nazirlərin, komitə və xidmət rəislərinin istintaqa cəlb ediləcəyi, sabiq məmurlar üçün həbs təhlükəsinin yarandığı ilə bağlı informasiyalar dərc edilir. Bu sırada Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-mayor Firudin Nəbiyevin də adı çəkilir.

"XeberBiz" xəbər verir ki, Azxeber.com yayılan məlumatlara aydınlıq gətirmək üçün sabiq xidmət rəisinin özünə müraciət edib.

Portalımıza danışan Firudin Nəbiyev bildirib ki, bu barədə onda heç bir məlumat yoxdur: "Kim deyir ki, məni həbs ediblər?! Bu xəbərləri yayanlar kimlərdisə, gedin onlardan soruşun bu informasiyanı hardan alıblar? Çox təəssüf ki, bəzi mətbuat orqanlarında bu cür əsassız, heç bir həqiqət yükü olmayan informasiyalar vaxtaşırı olaraq dərc edilir".

Hazırda istirahət etdiyini deyən sabiq xidmət rəhbəri söylədi ki, bu kimi dezinformasiyalara önəm vermək lazım deyil: "Hər şey qaydasındadır. Evimdəyəm, zamanımın çoxunu istirahətə ayırıram. Heç bir problem yoxdur”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26