Interposta.Info

Yeni vəzifə alanlar köhnə postlarından azad olundular

Gündəm
 21-04-2018, 20:19     10 477

Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Prezidentin digər sərəncamı ilə Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.

Bundan başqa, prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən Hacıbala Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən, İnam Kərimov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsindən, Sahil Babayev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad ediliblər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26