Interposta.Info

Ölən süpürgəçinin 9 yaşlı qızı: “Mən də deputat olacam” - VİDEOREPORTAJ

Gündəm
 3-04-2018, 15:39     10 455

Kənardan baxanda ilk baxışdan 9 yaşlı Jalənin heç nəyi dərk etmədiyini düşünürsən. Özü üçün qaçır, hoppanır, tullanırdı…
Ancaq heç də belə deyildi. Xalası Tünzalə xanım söhbət əsnasında dedi ki, Jaləni anasının məzarından qoparmaq olmurdu. Pambıq kimi əlləri ilə torpağı cırmaqlayıb, “ana, mən pis övladam. Sən ölmüsən, mən isə burda atılıb-düşürəm”, deyirdi…

Ölən süpürgəçinin 9 yaşlı qızı: “Mən də deputat olacam” - VİDEOREPORTAJ

Soruşduq: “Jalə, gələcəkdə hansı peşənin sahibi olmaq istəyirsən?” Bir qədər düşündükdən sonra “deputat” cavabını verdi. Deyəsən, bu, taleyin ironiyası idi. Amma əmin olun ki, Jalə deputat olsa, Allah uzaq eləsin, bir də iş başında süpürgəçi ölümü qeydə alınsa, o, millət vəkili Musa Quliyev kimi “onu işləməyə nə məcbur edirdi?” sualı ilə çıxış etməyəcək.

Ölən süpürgəçinin 9 yaşlı qızı: “Mən də deputat olacam” - VİDEOREPORTAJ

Çünki o, çətinliyin nə olduğunu hələ uşaq yaşlarında görüb. Ən azından süpürgəçi qadının alın təri ilə qazandığı halal çörəyi yeyib. Dərslərini də yaxşı oxuyur, dediyini görə, “5+” alır.

Ölən süpürgəçinin 9 yaşlı qızı: “Mən də deputat olacam” - VİDEOREPORTAJ

Mərhumənin bacısı Tünzalə xanım da süpürgəçidir. Deyir, süpürgəçi həyatı cəhənnəmdir. Təhlükəli iş görmələrinə baxmayaraq, aldıqları maaş 250 manat civarındadır.

Ölən süpürgəçinin 9 yaşlı qızı: “Mən də deputat olacam” - VİDEOREPORTAJ

Mərhumə Cəmilə Salahovanın böyük qızı Zümrüdün isə 13 yaşı var. Dediyinə görə, atası anasından ayrıldığı vaxtdan indiyədək onlarla maraqlanmayıb. Cəmilə-Tünzalə bacıları kirayədə yaşaya-yaşaya qızlarını böyüdürdülər. Mərhumənin arzusu pul yığıb, heç olmasa birotaqlı da olsa, ev almaqdı. Amma süpürgəçi maaşı ilə bu arzunu reallaşdırmaq ucu-bucağı görünməyən səhrada su axtarmaq kimi bir şey idi…



Tale Cəmilə xanıma son mənzili qismət elədi. Bəs atası yox kimi olan bu uşaqların taleyi necə olacaq? İnanın ki, Milli Məclisdə maaş davası edən deputat Musa Quliyev də bu sualın cavabını bilmir…/Yenicag.Az

interposta.info



Ölən süpürgəçinin 9 yaşlı qızı: “Mən də deputat olacam” - VİDEOREPORTAJ

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26