Həkim: “İsa Qəmbərin müalicəsi müsbət nəticə verib”

“İsa Qəmbərin vəziyyəti yaxşıdır”.
Bunu APA-nın Türkiyə bürosuna açıqlamasında Ankaradakı Hacettepe Universiteti Xəstəxanasının Nevrologiya bölməsinin professoru Murat Arsava deyib.
Həkim bildirib ki, İ. Qəmbərin daxili orqanlarının funksiyaları yerli-yerindədir və müalicələr müsbət nəticə verib: “O, yaxın günlərdə xəstəxanadan çıxa bilər”.
Qeyd edək ki, İ. Qəmbər fevral ayının sonunda müalicə üçün Türkiyəyə gedib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26