Interposta.Info

Saakaşvilinin xanımı Bakıya gəlir - Səbəb

Gündəm
 26-02-2018, 18:54     10 439

2004-2013-cü illərdə Gürcüstanın birinci xanımı olmuş, SOCO xeyriyyə fondunun təsisçisi və rəhbəri Sandra Elizabet Rulofs Milli Fikir Mərkəzinin dəvəti ilə fevral ayının 27-də Bakıya gələcək.

Milli Fikir Mərkəzinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, xanım Rulofs 27 fevral saat 11.00-da MFM üzvləri ilə birlikdə I Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edəcək. Elə həmin gün saat 14.00-da isə Park Inn hotelin “Dan ulduzu” zalında müəllifi olduğu “Bir idealistin hekayəsi” kitabının Azərbaycan dili tərcüməsinin təqdimatında iştirak edəcək. Saat 19.00-da isə xanım Rulofs “Caspian Plaza”nın III korpusunda 10-cu mərtəbədə mətbuat nümayəndələrinin suallarını cavablandıracaq.

Qeyd edək ki, “Bir idealistin hekayəsi” Milli Fikir Mərkəzi tərəfindən tərcümə olunub.

Media nümayəndələri xanım Rulofsun Fəxri Xiyaban ziyarətinə, “Bir idealistin hekayəsi” kitabının Azərbaycan dilində tərcüməsinin təqdimatına və mətbuat konfransına dəvətlidirlər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26