Interposta.Info

Nazir baş həkimi işdən çıxartdı, yeni vəzifə verdi

Gündəm
 22-02-2018, 16:23     10 434

Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev işdən çıxarılıb.

interposta.info
"Report"a istinadən xəbər verir ki, o, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.

İ.Mirzəliyev artıq yeni vəzifəsinin icrasına başlayıb.

Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi vəzifəsi isə müvəqqəti olaraq xəstəxananın poliklinika şöbəsinin müdüri Hüseyin Şahmalıyevə tapşırılıb.

Qeyd edək ki, İsmayıl Mirzəliyev bundan əvvəl Quba Rayon Mərkəzi Xəstəxanasında işləyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26