Interposta.Info

Mənsimov şirkətini satıb

Gündəm
 10-02-2018, 16:14     10 571

Azərbaycanlı oliqarx Mübariz Mənsimov Rusiyadakı şirkətini sataraq bu ölkədən çəkilə biləcəyini açıqlayıb. Virtualaz.org xəbər verir ki, “Palmali” şirkətlər qrupunun sahibi bu barədə Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində deyib.

Mənsimov iddia edib ki, onun gəmiçilik biznesi müəyyən çətinliklərə baxmayaraq hələ ayaqdadır və batmır. Biznesmen “Palmali” şirkətinin hazırda 100-ə qədər gəmisinin qaldığını, eyni zamanda kirayələnmiş gəmilərlə də yüklər daşıdığını deyib.

Mənsimov Rusiyanın “Lukoil” şirkətinə qarşı London Yüksək Məhkəməsində qaldırdığı 2 milyard dollarlıq təzminat iddiası barədə danışaraq bildirib ki, bu iddianı qazanacağına əmindir. Çünki əlində müddəti 2019-cu ildə bitməli olan, lakin “Lukoil” tərəfindən birtərəfli qaydada pozulan müqavilə var. “27 ildir “Lukoil” şirkəti ilə işləyirdik. 2005-2010-cu illərdə “Lukoil” şirkəti ilə gözəl əməkdaşlığımız oldu, 2010-cu ildə müqaviləni 10 illiyə yenilədik, gəmilər aldıq. Lakin onlar şərtlərə əməl etmədi”-Mənsimov deyib.
Mənsimov şirkətini satıb


“Biz Rusiyadakı şirkətimizi satıb çıxa bilərik. Vəziyyətə baxacağıq. Hazırda Rusiyanın ən çox gəmisi olan şirkəti bizik”-son vaxtlar Rusiyada şirkətinin barəsində ciddi yoxlamalar aparılan biznesmen əlavə edib.

Xatırladaq ki, “Palmali” şirkətinin Rusiyadakı törəmə şirkəti “Palmali” MMC Mənsimovun Maltada qeydiyyatdan keçmiş offşor şirkəti tərəfindən bazar dəyərindən çox aşağı qiymətə satın alınıb. Nəticəcə iri məbləğdə vergidən yayınmaya yol verilib. Bu sövdələşmə ilə bağlı Federal Təhlükəsizlik Xidməti, İstintaq Komiəsi və Baş prokurorluq tərəfindən araşdırma aparıldığı barədə Rusiya mediasında dəfələrlə xəbərlər yayılıb./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26