Interposta.Info

London məhkəməsi Azərbaycan dövlət bankının

Gündəm
 26-01-2018, 11:42     10 485

Rusiyanın əsas dövlət bankı olan "Sberbank” və ABŞ-ın aktivlərin idarə edilməsi ilə məşğul olan "Franklin Templeton" şirkəti London məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-yə qalib gəlib.

"XeberBiz" "Report”a istinadən xəbər verir ki, məhkəmə iddiası ABB-nin borcların restruktizasiyası prosesinin gecikdirməsi ilə bağlı olub.

Xatırladaq ki, Azərbaycan bankı ötən ilin may ayında London Ədalət Məhkəməsinin qərarı ilə moratorium elan edilməsinə nail olub və ona borcların restrukzasiyasını bu il yanvarın 30-na qədər uzatmağa icazə verilib. Bununla belə, ABB yanvarın 18-də moratoriumun müddətinin daha yarım il uzadılmasını istəyib, bu isə əsas kreditorlardan olan "Sberbank” və "Franklin Templeton"un etirazına səbəb olub.

Qeyd edək ki, "Sberbank" indiyə qədər ABB-yə verdiyi borcdan cəmi 20 mln. dollar geri ala bilib. "Franklin Templeton"un isə Bankdan 500 mln. dollar alacağı var. Onların hər ikisi ötən il restrukturizasiya planının əleyhinə səs verib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26