Interposta.Info

İlham Əliyev 6 fərman imzaladı

Gündəm
 27-12-2017, 19:05     9 831

İlham Əliyev “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 693-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 226) preambulasında “şəxslərin” sözündən sonra “və dövlət qulluğuna qəbulla bağlı namizədlərin” sözləri əlavə edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bəndə “şikayətlərə” sözündən sonra “, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə” sözləri əlavə edilsin;

2.2. 1.4-cü bəndə “şəxslərin” sözündən sonra “, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin” sözləri əlavə edilsin;

2.3. aşağıdakı məzmunda 1.6-cı bənd əlavə edilsin:

“1.6. Məhkəmə hakimiyyəti orqanlarının və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Apellyasiya Şurası baxır.”;

2.4. aşağıdakı məzmunda 5.1-1-ci bənd əlavə edilsin:

“5.1-1. Bu Əsasnamənin 5.1.1−5.1.3-cü yarımbəndləri ilə müəyyən edilmiş tələblər dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə şamil edilmir.”;

2.5. 5.5-ci bənddə “Mərkəzi” sözü “Dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlər istisna olmaqla, mərkəzi” sözləri ilə əvəz edilsin.

***

İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”ni “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 732-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 540; 2013, № 12, maddə 1552; 2014, № 1, maddə 14; 2015, № 6, maddə 699; 2016, № 9, maddə 1487, № 10, maddə 1626) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 3.1.22-ci yarımbəndinə “valyuta nəzarətini həyata keçirmək” sözlərindən sonra “, o cümlədən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması zamanı, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görmək, əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərmək, habelə bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etmək” sözləri əlavə edilsin.

***

İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 693-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 80, № 3, maddə 235; 2007, № 9, maddə 870; 2008, № 11, maddə 970; 2009, № 5, maddə 323; 2011, № 2, maddə 85; 2012, № 3, maddə 198; 2016, № 5, maddə 863, № 7, maddə 1263; 2017, № 5, maddə 828) ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin 23-cü hissəsində “şikayətlərə” sözündən sonra “, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə” sözləri əlavə edilsin.

***
İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 693-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1096) ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”na aşağıdakı məzmunda 2.7-ci bənd əlavə edilsin:

“2.7. Dövlət orqanında inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq müvafiq vakant inzibati vəzifə üzrə ehtiyat kadr olduğu halda, həmin inzibati vəzifənin müsabiqəyə və ümumi müsahibəyə çıxarılmasına yol verilmir.”.

***
İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2017, № 5, maddə 769) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 13-cü hissəsinin birinci cümləsində “birinci müavini və” sözləri “bir birinci müavini və iki” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 693-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 225) preambulasında “şikayətlərin” sözündən sonra “, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən şikayətlərin” sözləri əlavə edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bəndə “şikayətlərin” sözündən sonra “, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərin” sözləri əlavə edilsin;

2.2. 1.3-cü bəndə “şəxslərin” sözündən sonra “, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin” sözləri əlavə edilsin;

2.3. aşağıdakı məzmunda 2.0.1-1-ci yarımbənd əlavə edilsin:

“2.0.1-1. Azərbaycan Respublikasının Hesablama Palatasında, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatında, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatında, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyində, Milli Televiziya və Radio Şurasının Aparatında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə baxmaq;”;

2.4. 3.0.2-ci, 3.0.3-cü, 4.6.2-ci yarımbəndlərdə və 6.4-cü bənddə “mərkəzi və yerli icra hakimiyyəti” sözləri “dövlət” sözü ilə əvəz edilsin;

2.5. 3.0.4-cü yarımbənddə “mərkəzi və yerli icra hakimiyyəti” sözləri “aidiyyəti dövlət” sözləri ilə əvəz edilsin;

2.6. aşağıdakı məzmunda 5.1-1-ci bənd əlavə edilsin:

“5.1-1. Bu Əsasnamənin 5.1.1−5.1.3-cü yarımbəndləri ilə müəyyən edilmiş tələblər dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə şamil edilmir.”;

2.7. 5.5-ci bənddə “Aidiyyəti” sözü “Dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlər istisna olmaqla, aidiyyəti” sözləri ilə əvəz edilsin.

2.8. 6.10-cu bənddə “bütün mərkəzi və yerli icra hakimiyyəti” sözləri “aidiyyəti dövlət” sözləri ilə əvəz edilsin.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26