Araz Ağalarov oğlu üçün klipə çəkildi - Video
Müğənni-bəstəkar Emin Ağalarov ad günündə gözlənilməz hədiyyə alıb.
Müğənninin iş adamı atası Araz Ağalarov oğlu üçün komik obrazda klipə çəkilib. Klipi Eminin dostu Timur Cəfərov hazırlayıb. “Still” adlı mahnıya çəkilən klipi ifaçı möhtəşəm adlandırıb və atasından belə bir sürprizi gözləmədiyini deyib:
“Ad günümə ən gözlənilməz və qeyri-adi hədiyyə oldu. Heç gözləmirdim. Gözlərimdən yaş çıxanadək güldüm. Baş rolda Araz Ağalarov. Hələ də başa düşmürəm, ata, sən çəkilməyə necə razılıq verdin?”.
Qeyd edək ki, Eminin 38 yaşı tamam olub./axşam.az
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26