Interposta.Info

Hacı Məmmədovun məzarı ilə bağlı sirr: atasının yanında dəfn edilməyib - FOTOLAR

Gündəm
 5-12-2017, 21:06     9 599

Hacı Məmmədov mərhum atasının məzarı yanında dəfn edilməyib.

Musavat.com-un Saray qəbiristanlığında olan əməkdaşı xəbər verir ki, Hacı Məmmədov atasının məzarı yanında dəfn edilməyib.

Onun harada dəfn edildiyi məlum deyil. Ailəsi də onun məzarını gizlədir. H.Məmmədovun vəkili Afət Qazıyeva onun harada dəfn edilməsi ilə bağlı məlumatsız olduğunu deyib.

Saraya qəsəbə sakinləri maraqlı iddia səsləndiriblər. Belə ki, bəzi qəsəbə sakinləri deyirlər ki, Hacı Məmmədov Saray qəbiristanlığında dəfn edilməyəcək. Buna səbəb H.Məmmədovun vaxtı ilə qəsəbənin bir neçə sakininin qətlində əlinin olmasıdır.

Bildirək ki, qəsəbə qəbiristanlığında Hacı Məmmədovun atasının məzarının yanı boşdur.

interposta.info

Hacı Məmmədovun məzarı ilə bağlı sirr: atasının yanında dəfn edilməyib - FOTOLAR
Hacı Məmmədovun məzarı ilə bağlı sirr: atasının yanında dəfn edilməyib - FOTOLAR

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26