Interposta.Info

“Apple” şirkətinin adı “Cənnət sənədləri”ndə: yoxa çıxan 252 milyard dollar axtarılır

Gündəm
 7-11-2017, 19:54     7 408

Dünyanın bir çox şirkətlərinin və varlı iş adamlarının ofşor hesabları ilə bağlı təxminən 13,4 milyona yaxın sənəd yayımlanıb.

"XeberBiz" Musavat.com-a istinadən xəbər verir ki, “Cənnət sənədləri” (Paradise Papers) adı verilən materiallarda “Apple” şirkətinin də adı hallanır.

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu tərəfindən yayımlanan “Cənnət sənədləri”ndə “Apple” şirkətinin öz gəlirlərini ofşor zonalara apararaq, vergidən yayındığı qeyd olunur.

BBC-nin məlumatına görə, texnologiya nəhəngi olan “Apple” şirkəti Avropanın “vergi cənnəti” olaraq bilinən İrlandiyada 2013-cü ildə sanksiyalara məruz qalmışdı.

Məlumatlara görə, “Apple” şirkəti gizli yollarla 252 milyard dolları Normandiya sahillərinə yaxın və Birləşmiş Krallığa bağlı olan Manş adasına aparıb.
“Apple” şirkətinin adı “Cənnət sənədləri”ndə: yoxa çıxan 252 milyard dollar axtarılır


Daha bir məlumatda qeyd olunur ki, “Apple” şirkəti 2014-cü ilədək əldə edilən gəlirinin yüzdə 55 faizini Amerika Birləşmiş Ştatların xaricinə, İrlandiyaya ötürüb. ABŞ-ın və İrlandiya rəsmilərinin artan təzyiqlərindən sonra hazırda sözügedən adalarda axtarışlara başlanıb.

“Apple” şirkəti məsələ ilə bağlı açıqlama verərək, məlumatları əsassız adlandırıb. İddiaları yalanlayan şirkət söylənilən məbləğin ofşor adalara aparılmadığını, şirkətin son 3 ildə 35 milyard dollar vergi ödədiyini qeyd edib.

Qeyd edək ki, “Cənnət sənədləri” 1,4 terrabaytlıq məlumat həcminə malik 13,4 milyon sənəddən ibarətdir.
“Apple” şirkətinin adı “Cənnət sənədləri”ndə: yoxa çıxan 252 milyard dollar axtarılır


Son bir ildir ki, 380 jurnalistin araşdırdığı “Cənnət sənədləri”ndən əldə edilən məlumatların yaxın bir həftə ərzində layihədə iştirak edən mətbuat orqanları tərəfindən yayımlanacağı bildirilib.

Sənədlərin əksəriyyəti “Bermuda” adasında yerləşən “Appleby” hüquq firmasında toplanılıb.

XeberBiiz.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26