Interposta.Info

“Çox təəssüf ki, idman yarışlarında bu içkilər reklam olunur” –

Gündəm
 30-10-2017, 22:31     7 866

Azərbaycan müxtəlif ad və markalarda satışa çıxarılan enerji içkilərinə cəmiyyətdə birmənalı münasibət mövcud deyil. Bəzi insanlar bu içkilərin təhlükəsizliyinə etibar etməsə də, onlardan istifadə edənlərin də sayı az deyil.
Maraqlıdır, demək olar ki, bütün dükan və marketlərdə istehlakçılara təklif edilən bu içkilərin insan səhhəti üçün hər hansı zərəri varmı?


Moderator.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin səddri Eyyub Hüseynov sözügedən içkilərin insan səhhəti üçün təhlükəli olduğunu vurğuladı:
“Biz Beynəlxalq İstehlakçılar Təşkilatının üzvüyük. Habelə, 120 ölkə bu təşkilatın üzvüdür. Bu qurum beynəlxalq tədbirlərdə, konqreslərdə enerji içkilərini tənqid edir. İnsanları bundan uzaq olmağa çağırır.
Biz uşaqların bu içkilərdən uzaq olması üçün kampaniyalar keçiririk. Bu içkilər insan üçün zərərlidir. Onların zərərli olduğunun bir isbatı da budur ki, onları içəndə insan sərinləyir. Fizikanın qanunlarına görə, insan o zaman sərinləyir ki, ondan enerji ayrılsın. Deməli, bu içkilər insanın enerjisini alır. Mən həddindən artıq təəccüblənirəm ki, ölkəmizdə keçirilən bəzi idman yarışlarında bu içkilər reklam olunur. Bir daha qeyd edirəm ki, bu içkilər insan səhhəti üçün zərərlidir və onlardan uzaq durmaq lazımdır”.

interposta.info

“Çox təəssüf ki, idman yarışlarında bu içkilər reklam olunur” –

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26