Interposta.Info

Prezident:

Gündəm
 30-10-2017, 15:28     9 364

"Bakı-Tbiisi-Qars dəmiryolu tarixi, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 405 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbiisi-Qars dəmiryolu Avropa ilə Asiyanı birləşdirən ən qısa və etibarlı yoldur"

"Report"un xəbərinə görə, bunu Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin isttifadəyə verilməsi münasibətilə Bakıda keçirilən təntənəli mərasimdə deyib.

Dövlət başçısı bildirib ki, bu yol vasitəsilə birinci mərhələdə 5 milyon, ondan sonrakı mərhələdə 17 milyon, daha sonrakı mərhələdə isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulub: "Bir sözlə, bu dəmiryolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yolun boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi artacaq. Qarşılıqlı sərmayə qoyuluşu da artacaq, bütün bu yoldan istifadə edən ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə, təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı turizmin inkişafı geniş vüsət alacaq. Dəmir yolunun fəaliyyəti ölkərimizin geosiyasi əhəmiyyətini artıracaq, bizim üçün əlavə imkanlar yaradacaq. Dəmir yolunun tiintisi ilə bağlı anlaşma Gürcüstanda bağlanmışdır, ondan sonra Türkiyədə təməlqoyma mərasimi keçirilmişdir. Nəhayət, bu gün Azərbaycanda-Ələtdə bu yolun açılışını qeyd edirik. Bu yolun tikintisi Azərbaycan, Türkiyə, Gürcüstan arasındakı dostluğun, qardaşlığın nəticəsidir. Üç ölkə bütün sahələrdə uğutrla əməkdaşlıq edirlər, bir-birlərini dəstəkləyirlər. Ölkələrimiz, xalqlarımız, dünya üçün önəmli olan layihələri icra edirik. Bakı-Tbiisi-Qars dəmiryolu bu layihələrin arasında xüsusi yer tutmuş layihədir".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26