Interposta.Info

Telman İsamyılovun krantları qızıldan olan “Mardan Palace”da rəzalət – Borca görə, suyunu kəsdilər

Gündəm
 18-10-2017, 22:49     7 729

2010-cu ildə dünyanın ən luks oteli seçilən “Mardan Palace” borc içindədir. su kranları və qapıların tutacaqları qızıldan idi. İndi həmin qızıl kranlar su üzünə həsrət qalıb.

A24.Az xəbər verir ki, su kranları və qapıların tutacaqları qızıldan olan luks otel su üzünə həsrət qalıb.

Bir vaxtlar Antalyada olduqca məşhur olan, tikintisi üçün 1,4 milyard dollar pul xərclənən, açılışında Şeron Stoun, Riçard Qir, Paris Hilton, Meray Keri, Monika Beluççi kimi ulduzların iştirak etdiyi “Mardan Palace” turizmin ən qaynar dövrü olan avqustda rezervasiyaları dayandırıb.

Məlumatlara görə, otelə indi də müştəri qəbul edilmir. Otel satışa çıxarılsa da sözün həqiqi mənasında mülkə yiyə duran yoxdur.

Qeyd edək ki, “World Travel Awards 2010”da “Dünyanın ən luks oteli” seçilən “Mardan Palace” bəzi bank borcları səbəbindən satışa çıxarılıb. Qarşılıqlı anlaşma və məhkəmə yolu ilə satış qərarı ləğv edilib. Əvvəllər borclara görə, otelin işığını da kəsiblər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26