Interposta.Info

Daha bir qalmaqal: dərslikdə nurçu nağılı -

Gündəm
 7-10-2017, 14:41     10 890

Dərsliklərdə dinin təbliğ olunmasına böyük yer ayrılır.

Kult.az xəbər verir ki, bu barədə məlumatı alim Yalçın İslamzadə paylaşıb. O bildirib ki, 4-cü sinif üçün nəzərdə tutulmuş “Həyat bilgisi” (Formativ və Summativ Qiymətləndirmə, “Hədəf Nəşrləri”) kitabında əksini tapan parçanı diqqətə çatdırıb:

“4-cü sinifdə oxuyacaq şagird tətildən qayıdır, ilk materialın mövzusu: Yaşlı qadın hər gün "Allaha şükür", qonşusu da "Allah yoxdur" deyirmiş. Qonşusu ərzaq alır, qapının ağzına qoyur, qadın "Şükür" deyəndə, qonşusu "Hehehe, onları mən almışam” deyir. Qadın da “Uca Allahım! Bu nemətləri sən alıb, xərcini şeytana ödətdirmisən” deyir”.

Yalçın İslamzadə qeyd edib ki, onsuz da dərsliklərdəki “Cırtdan”la “Div” məsəllərindən uşaqlar boğaza yığılıb, amma yenə onun əfsanə olması aşkardır.

“Kitabda zəhməti olan iki elmlər doktoru bu uydurmanı 4-cü sinif şagirdlərinə oxutmanın zərurətini necə əsaslandırır? Bu olmuş rəvayət kimi uydurulan nurçu nağıllarını uşalara təbliğ etməkdə məqsəd nədir? Sonra xaricdə kimsə uğur qazananda həmyerli çıxarmağa çalışırıq. Son dövrdə bir neçə Azərbaycana genetik yaxınlığı olan uşaqların çıxışlarını paylaşıb fəxr ediblər. Burda niyə o uşaqlara imkan yaradılmır? Belə nağıllar uşağın inkişafının hansı istiqamətinə kömək edir?”

Qeyd edək ki, builki orta məktəb dərsliklərindəki ciddi qüsurlarla bağlı tənqidlərin son zamanlar ardı-arası kəsilmir.

interposta.infoDaha bir qalmaqal: dərslikdə nurçu nağılı -
Daha bir qalmaqal: dərslikdə nurçu nağılı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26